Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 19 May 2024 20:46
Konqo Demokratik Respublikasında (KDR) çevrilişə cəhd edən üsyançıların lideri öldürülüb.
APA xəbər verir ki, bu barədə "Actu30" məlumat yayıb.
“Mayın 19-da Millət Sarayına basqın edən hücumçuların lideri Kristian Malanqa ordu tərəfindən öldürülüb”, - deyə nəşr bildirib.
Nəşrin məlumatına görə, üsyançılar Zair Respublikasının (1971-1997-ci illərdə KDR belə adlanırdı) bayraqlarını tutub və özlərini diaspor nümayəndələri kimi təqdim ediblər.