"Reuters": Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb - YENİLƏNİB - VİDEO

Tarix: 20 May 2024 07:14

İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.

"İran Prezidenti Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb", - deyə, o bildirib.

***

Saat 06:27

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.

APA-nın məlumatına görə, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.

"Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil",-deyə, o bildirib.

İran mediası artıq qəzaya uğramış helikopterin qalıqlarının ilk fotolarını yayıb.

https://t.me/apa_az/83871

Xəbər Lenti