Çərşənbə axşamı, 15 İyul, 2025
Tarix: 20.05.2024 14:11
Slovakiyanın sui-qəsd nəticəsində yaralanan baş naziri Robert Fitsonun səhhətində irəliləyiş var.
APA-nın “teraz.sk”ya istinadən xəbərində görə, bu barədə onun müalicə olunduğu “Roosevelt Hospital” tibb mərkəzinin rəsmi açıqlamasında qeyd olunub.
O da bildirilib ki, hökumət başçısı ətrafındakılarla sərbəst şəkildə ünsiyyət saxlaya bilir.