Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 27 Jul 2026 10:01
Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb.
Bu barədə APA-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.
Qeyd edək ki, 27 iyul saat 09:15-ə olan məlumata əsasən 15633 bakalavr (Azərbaycan bölməsi – 14251, rus bölməsi - 1382) ərizəsini təsdiq edib.
Günay ElşənMənbə: apa.az