Yaşayış maliyyəsi alətləri barədə təlim keçirilib

Yaşayış maliyyəsi alətləri barədə təlim keçirilib

Tarix: 27 Jul 2026 12:55

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə media nümayəndələri üçün təlim keçirilib.

"APA-Economics" xəbər verir ki, təlim iştirakçılarına Azərbaycan Respublikasında əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmləri barədə təqdimatlar edilib.

Bildirilib ki, cari ilin 01 iyul tarixinə ipoteka kreditləşməsi hesabına 59 mindən çox ailənin, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə isə 9500-dən çox ailənın mənzil şəraiti yaxşılaşıb. Bunların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Təlim zamanı mövzular üzrə ətraflı müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Sonda media nümayəndələrinə sertifikatlar təqdim edilib.

APA-Economics İKZF təlim
Yaşayış maliyyəsi alətləri barədə təlim keçirilib

Mənbə: apa.az

Xəbər Lenti