Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 20 May 2024 16:22
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində əldə olunmuş razılığa müvafiq olaraq Ermənistanın Tavuş vilayətinin Kirants kəndi ərazisində sonuncu üç ədəd sərhəd dirəyinin quraşdırılması başa çatıb.
APA-nın xəbərinə görə, bu barədə erməni telegram kanallarında məlumat yerləşdirilib. Bildirilib ki, artıq Ermənistan sərhədçiləri ərazidə xidmətə başlayıblar.
Xatırladaq ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıb.