Azərbaycan nefti 96 dollara satılır

Azərbaycan nefti 96 dollara satılır

Tarix: 28 Jul 2026 09:42

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.15 dollar və ya 6,96% azalaraq 95.58 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102.73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

İlahə Səlimova Azərbaycan nefti

Mənbə: apa.az

Xəbər Lenti