Moldovada yanacaq çatışmazlığı səbəbindən 30 günlük həyəcan rejimi elan edilib

Moldovada yanacaq çatışmazlığı səbəbindən 30 günlük həyəcan rejimi elan edilib

Tarix: 28 Jul 2026 10:45

Moldova hökuməti yanacaq tədarükündə yaranmış fasilələr səbəbindən energetika sahəsində ölkə üzrə 30 günlük həyəcan rejimi elan edib.

"APA-Economics" xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Baş nazir Vasile Tofan iclas zamanı bildirib ki, energetika sektorunda milli səviyyədə 30 gün müddətinə həyəcan rejiminin elan olunmasını təklif edir.

Nazirlər Kabinetinin üzvləri təklifi dəstəkləyiblər. Qərar rəsmi nəşr olan "Rəsmi Monitor"da dərc edildikdən sonra qüvvəyə minəcək.

APA-Economics Moldova yanacaq çatışmazlığı

Mənbə: apa.az

Xəbər Lenti