Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 21 May 2024 14:16
Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfər edəcək.
APA BFMTV kanalına istinadən xəbər verir ki, bunu hökumət sözçüsü Prisca Thevenot deyib.
Fransa Prezidentinin səfərini bu gün axşam gerçəkləşdirəcəyi vurğulanıb.
Hökumət sözçüsü səfərin "missiya" qurmaq məqsədilə həyata keçirildiyini qeyd edib. O əlavə edib ki Prezident Makron paytaxt Numeaya bir qrup yüksək vəzifəli məmurla uçacaq.
Kanal Baş nazir Qabriel Attalın da Yeni Kaledoniyaya gedəcəyini, lakin səfərin iyunun 9-da Fransada keçirilməsi planlaşdırılan Avropa Parlamenti seçkilərinin nəticələrindən əvvəl gözlənilmədiyini bildirib.