Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 21 May 2024 13:44
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çoxqütblü dünyanın əsasını təşkil edən birliklərdən biri olaraq qalır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Astanada keçirilən ŞƏT XİN başçılarının iclasında bildirib.
Rusiya XİN başçısı Monqolustan ŞƏT-ə üzv olmaq üçün növbəti namizəd olduğunu söyləyib. Bildirib ki, Monqolustan təşkilatın məkanına təbii şəkildə uyğun gəlir.
Lavrov iyul sammitindən Belarusun ŞƏT-in daimi üzvü olacağını da qeyd edib.