Mirzoyan: Ermənistan Aİ ilə münasibətlərin daha da dərinləşməsi üçün möhkəm siyasi iradəyə malikdir

Tarix: 22 May 2024 17:08

Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlər hərtərəfli birgə tərəfdaşlıq haqqında razılaşmadan daha geniş sahələri əhatə edir.

APA-nın “aysor.am”a istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışında deyib.

O bildirib ki, tərəflər bu münasibətlərin daha da dərinləşməsi üçün möhkəm siyasi iradəyə malikdir:

“Biz bu fəaliyyəti birgə tərəfdaşlıq müqaviləsi əsasında həyata keçiririk. İndi isə avropalı tərəfdaşlarımızla əlaqələrimizin bu sənədin (SEPA) hüdudlarından kənar səviyyədə genişləndirilməsini müzakirə edirik”.

Xəbər Lenti