Hakan Fidan: Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, bütün regiona müsbət təsir göstərəcək

Tarix: 22 May 2024 19:08

“Əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, bu, təkcə iki ölkəyə deyil, bütün regiona müsbət təsir göstərəcək”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması və mayın 11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşün müsbət hal olduğunu da qeyd edib.

Xəbər Lenti