Stoltenberqin müavini: “NATO Ukraynaya qoşun göndərmək niyyətində deyil”

Tarix: 23 May 2024 01:38

NATO Ukraynaya qoşun göndərməyi düşünmür.

APA xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coane mayın 22-də “Tagesspiegel” qəzetinə müsahibəsində deyib.

“NATO-nun Ukraynaya əsgər göndərmək niyyəti yoxdur. Ukrayna da bizdən bunu tələb etmir. Ukraynalıların daha çox dəstəyə ehtiyacı var və indi bizim məqsədimiz budur”, - Coane vurğulayıb.

Baş katibinin müavini bildirib ki, NATO-nun qaydalarına görə, Alyansa daxil olmayan ərazilərə müdafiə üçün qoşun göndərilə bilməz.

Xəbər Lenti