Meksikada prezidentliyinə namizədin seçki mitinqi zamanı dekorasiya uçub, 9 nəfər ölüb - YENİLƏNİB - VİDEO

Tarix: 23 May 2024 10:03

Meksikada prezidentliyə namizəd Xorxe Maynesin seçki kampaniyası çərçivəsində keçirilən mitinqdə dekorasiya divarının uçması nəticəsində ölənlərin sayı 9-a çatıb.

APA xarici mediaya istinadən xəbər verir ki, daha 80 nəfərin xəsarət aldığı bildirilir.

***

09.48

Meksika prezidentliyinə namizəd Xorxe Maynesin seçki kampaniyası zamanı dekorasiya uçub.

APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə Nuevo-Leon ştatının San-Pedro-Qarza-Qarsiya şəhərində baş verib.

Güclü külək nəticəsində konstruksiya dağılıb. Nəticədə 5 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər işləyir.

Maynesin yaxşı olduğu və komanda üzvlərinin artıq xəstəxanada müalicə olunduğu bildirilib.

https://t.me/apa_az/84010

Xəbər Lenti