Ermənistan MDB Oyunlarını keçirməkdən imtina edib

Tarix: 24 May 2024 17:23

Ermənistan 2027-ci ildə MDB Oyunlarını qəbul etməyə hazır deyil.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu ölkənin elm, təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan quruma üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Gümrüdəki iclasında deyib.

O, buna səbəb həmin dövrdə ölkəsinin bir neçə irimiqyaslı tədbirə ev sahibliyi etməsini göstərib.

Xəbər Lenti