Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 25 May 2024 07:45
Birləşmiş Avropa ordusu yaradılarsa, Şimali Atlantika Alyansının funksiyalarını təkrarlayacaq.
APA xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “The Economist” jurnalına müsahibəsində deyib.
“Biz riskləri nəzərə almalıyıq. Eyni ölkələr tərəfindən yaradılan alternativ komanda strukturları olacaqsa, deməli, təkrarlama olacaq”, - Stoltenberq qeyd edib.