Tokayev: Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da möhkəmlənəcək

Tarix: 25 May 2024 11:15

Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər.

APA-nın xəbərinə görə, bu, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevə 28 May Müstəqillik günü münasibətilə ünvanladığı təbrikdə əksini tapıb.

“Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcək”, - deyə Qazaxıstan Respublikasının Prezidenti vurğulayıb.

Xəbər Lenti