İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ olub, sunami gözlənilir

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ olub, sunami gözlənilir

Tarix: 15 Aug 2026 03:35

İndoneziya sahillərində 7,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri və dərinliyi ilə bağlı ilkin məlumatlar hələ dəqiqləşdirilir. Güclü yeraltı təkanla əlaqədar sunami təhlükəsinin yarana biləcəyi bildirilir.

İndoneziya Sakit okeanın “Atəş halqası” adlanan seysmik aktiv zonasında yerləşdiyindən ölkə tez-tez güclü zəlzələlərlə üzləşir.

Qeyd edək ki, İndoneziyada bu il aprelin 1-də də 7,4 bal gücündə zəlzələ baş vermiş və sunamiyə səbəb olmuşdu.

İndoneziya zəlzələ

Mənbə: apa.az

Xəbər Lenti