Cümə, 16 Oktyabr, 2026
Tarix: 16 Oct 2026 18:14
Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı özüqaldıran yük avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
FHN qəza
Mənbə: apa.az