Bazar ertəsi, 14 Sentyabr, 2026
Tarix: 14 Sep 2026 01:43
Sentyabrın 14-də Səlalədə keçirilməsi planlaşdırılan İran və Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin görüşü konsensusa nail olmaq məqsədilə təxirə salınıb.
APA xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr əl-Busaidi açıqlayıb.
O, tərəflərin regionda sabitlik və uzunmüddətli əməkdaşlığa xidmət edən dialoqu inkişaf etdirməyə sadiq qaldığını bildirib.
Görüşdə regional məsələlərlə yanaşı, Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların müəyyənləşdirilməsi üzrə İran-Oman danışıqlarının nəticələrinin müzakirəsi nəzərdə tutulurdu.
Oman Körfər İranMənbə: apa.az