Bazar ertəsi, 14 Sentyabr, 2026
Tarix: 13 Sep 2026 23:13
Macarıstanın sabiq baş naziri, FİDES partiyasının lideri Viktor Orban ölkənin baş naziri Peter Magyarın rəhbərlik etdiyi hökumətə qarşı fəal siyasi mübarizəyə qayıtdığını açıqlayıb.
APA xəbər verir ki, Orban Kötçedə keçirilən siyasi tədbirdə çıxışı zamanı yeni hökumətə qarşı beş ay ərzində səbirli davrandıqlarını, lakin bu dövrün artıq başa çatdığını bildirib.
O, “milli müqavimət” vaxtının çatdığını vurğulayaraq deyib: “Səbrin sonu gəldi, ədalətli münasibətin sonu gəldi, bütün birtərəfli jestlərin sonu gəldi”.
Orban həmçinin FİDES-in müxalifətdə yenidən təşkilatlanaraq hakimiyyətə qayıtmağa hazırlaşacağını bildirib. O, Magyarın rəhbərlik etdiyi hökumətin ölkənin suverenliyini zəiflətməkdə və Macarıstan iqtisadiyyatını xarici qüvvələrin nəzarətinə verməkdə ittiham edib.
Qeyd edək ki, 2026-cı il aprelin 12-də keçirilən parlament seçkilərində Peter Magyarın partiyası 199 yerlik parlamentdə 141 mandat qazanaraq Orbanın partiyasını hakimiyyətdən uzaqlaşdırıb. Magyar mayın 9-da baş nazir vəzifəsinin icrasına başlayıb.
Orban Macarıstan
Mənbə: apa.az