İranda 1000 milli müqavimət batalyonunun təlimi və təşkilatlanmasına başlanılır

İranda 1000 milli müqavimət batalyonunun təlimi və təşkilatlanmasına başlanılır

Tarix: 13 Sep 2026 23:26

İranda “Canfədai İran” Xalq Qərargahı 1000 milli müqavimət batalyonunun təlimi və təşkilatlanmasına başlanacağını açıqlayıb.

APA xəbər verir ki, qərargahın yaydığı birinci bəyanata görə, bu qərar “Canfədai” kampaniyasına əhalinin geniş marağından və insanların ölkənin müdafiəsində silahlı qüvvələrlə birlikdə iştirak etmək istəyindən sonra qəbul edilib.

Məlumatda bildirilir ki, bu məqsədlə ölkənin silahlı qüvvələri ilə lazımi koordinasiya aparılıb və 1000 batalyonun təlimi və təşkilatlanması üçün hazırlıq işləri tamamlanıb.

İran mediasının yaydığı məlumata əsasən, könüllülərin hərbi və tibbi yardım üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Maraqlanan şəxslərin sentyabrın 15-dən etibarən xüsusi elektron sistem vasitəsilə qeydiyyatdan keçə biləcəyi və xalq batalyonları çərçivəsində təşkilatlanacağı bildirilib.

Qərargah həmçinin gələcəkdə ölkənin müdafiəsi ilə bağlı digər sahələr üzrə fəaliyyətlərin də elan ediləcəyini açıqlayıb.

İran

Mənbə: apa.az

Xəbər Lenti