Tramp administrasiyası 11 sentyabr hadisəsi ilə bağlı məxfi məlumatları açıqlaya bilər

Tramp administrasiyası 11 sentyabr hadisəsi ilə bağlı məxfi məlumatları açıqlaya bilər

Tarix: 14 Sep 2026 00:41

ABŞ Prezidenti Donald Tramp, administrasiyasının 11 sentyabr 2001-ci il terror aktları ilə bağlı əlavə məxfi məlumatları açıqlaya biləcəyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə İrlandiyadan ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Geri qayıdanda buna baxacağam. Bu məsələ ilə bağlı mənə müraciət edildiyini bilirəm. Qayıtdıqdan sonra araşdıracağam”, - Tramp deyib.

Qeyd edək ki, sentyabrın 11-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2001-ci il terror aktları ilə bağlı əvvəllər məxfi saxlanılan sənədləri açıqlayıb. Söhbət 1998-ci ilin fevralından 2001-ci ilin sentyabrına qədər olan dövrü əhatə edən, ABŞ prezidentləri üçün hazırlanmış 71 kəşfiyyat məlumatı xülasəsindən gedir. Ümumilikdə 101 səhifə açıqlanıb və sənədlərin bir hissəsi redaktə olunub.

Tramp ABŞ 11 sentyabr

Mənbə: apa.az

Xəbər Lenti