9 ölkə Aİ-nin İranla bağlı sanksiya qərarına qoşulub

9 ölkə Aİ-nin İranla bağlı sanksiya qərarına qoşulub

Tarix: 15 Aug 2026 07:38

Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç və Ukrayna Avropa İttifaqı Şurasının İranla bağlı 24 iyul tarixli sanksiya qərarına qoşulub.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı açıqlamada bildirilib.

Söhbət İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə hərbi dəstəyi, Yaxın Şərq və Qırmızı dənizdə silahlı qruplara dəstəyi, həmçinin regionda gəmiçiliyin azadlığını pozan fəaliyyətlərinə görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən gedir.

Qeyd olunur ki, sözügedən ölkələr öz milli siyasətlərini Aİ Şurasının qərarına uyğunlaşdıracaqlar. Aİ isə onların bu qərara qoşulmasını alqışlayıb.

Avropa İran

Mənbə: apa.az

Xəbər Lenti