Şənbə, 15 Avqust, 2026
Tarix: 15 Aug 2026 10:35
İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Bu barədə AFP məlumat yayıb.
*** 08:38
İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib.
Bu barədə “Reuters” Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lenaya istinadən məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ İndoneziyanın Flores adası yaxınlığında baş verib və 7,7 bal gücündə olub.
Daha əvvəl “Straits Times” qəzeti 2 nəfərin öldüyünü bildirmişdi.

Mənbə: apa.az