Yonhap: Şimali Koreya hərbçiləri Cənubi Koreya ilə sərhədi qısa müddətə keçib

Yonhap: Şimali Koreya hərbçiləri Cənubi Koreya ilə sərhədi qısa müddətə keçib

Tarix: 16 Aug 2026 07:28

Şimali Koreya hərbçiləri patrul xidməti zamanı Cənubi Koreya ilə sərhədi qısa müddətə keçib. Cənubi Koreya tərəfinin xəbərdarlıq atəşindən sonra onlar öz ərazilərinə geri qayıdıblar.

Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Hadisə bu həftə Koreya yarımadasının şərq hissəsində baş verib. Yonhapın məlumatına görə, 2026-cı ildə belə bir insident barədə ilk dəfə məlumat verilir.

Cənubi Koreya hərbçilərinin qaydalarına əsasən, Şimali Koreya hərbçilərinin demarkasiya xəttini keçməsi halında əvvəlcə səsli və texniki vasitələrlə xəbərdarlıq edilir, daha sonra isə xəbərdarlıq atəşi açılır.

Seul hesab edir ki, Şimali Koreya hərbçiləri ərazidə patrul xidməti həyata keçirərkən demarkasiya xəttini keçiblər. Onların öz ərazilərinə qayıtmasından sonra Cənubi Koreya hərbçiləri hər hansı qeyri-adi fəaliyyət müşahidə etməyib.

Cənubi Koreya Şimali Koreya sərhəd

Mənbə: apa.az

Xəbər Lenti