Bazar, 16 Avqust, 2026
Tarix: 16 Aug 2026 06:58
Yunanıstanda bazar günü meşə yanğınları ilə bağlı yüksək hazırlıq rejimi elan olunub.
Bu barədə "Ekathimerini" məlumat yayıb.
Hakimiyyət orqanları bir sıra regionlarda meşə yanğınları təhlükəsini 4-cü kateqoriya – çox yüksək səviyyədə qiymətləndirib.
“Qırmızı kod”un tətbiqi fövqəladə hallar üzrə xilasetmə personalı və texnikasının tam səfərbər edilməsini nəzərdə tutur.
Həmçinin yerli və regional hakimiyyət orqanlarına fövqəladə hallar zamanı fəaliyyətin əlaqələndirilməsi üçün müvafiq qurumları aktivləşdirmək və mümkün meşə yanğınlarına hazır olmaq tapşırılıb.
Yunanıstan meşə yanğını hava şəraiti
Mənbə: apa.az