Moskvaya gecə saatlarında kütləvi PUA hücumu olub

Moskvaya gecə saatlarında kütləvi PUA hücumu olub

Tarix: 16 Aug 2026 09:05

Moskva və Moskva vilayəti gecə saatlarında kütləvi PUA hücumuna məruz qalıb.

APA xəbər verir ki, Moskva merinin açıqlamasına görə, axşam saatlarından səhərdək region istiqamətində 600 PUA uçub. Onlardan 201-nin Moskva vilayəti ərazisində məhv edildiyi bildirilib.

Hücumlardan sonra Podolsk yaxınlığındakı Koledino qəsəbəsində “Wildberries” şirkətinin logistika kompleksində güclü yanğın başlayıb. Bildirilir ki, sahəsi 200 min kvadratmetrdən çox olan obyekt şirkətin Rusiyadakı ən böyük anbarıdır.

Moskva vilayətinin Domodedovo rayonunda yerləşən digər iri logistika mərkəzində də yanğın baş verdiyi qeyd olunur.

Hadisələrin miqyası və mümkün itkilər barədə hələlik ətraflı məlumat verilməyib.

Moskva Rusiya Ukrayna PUA hücumu Wildberries Podolsk Koledino Domodedovo yanğın logistika mərkəzi Rusiya-Ukrayna müharibəsi

Mənbə: apa.az

Xəbər Lenti