Siyəzəndə narkotik yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan 9 nəfər həbs edilib

Siyəzəndə narkotik yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan 9 nəfər həbs edilib

Tarix: 19 Aug 2026 10:04

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Teymur Cavadov saxlanılıb.

APA xəbər verir ki, onun yaşadığı evin həyətyanı sahəsindən xüsusi qulluq edilərək yetişdirdiyi 62 ədəd narkotik tərkibli kol aşkarlanıb.

Bundan başqa, rayon ərazisində keçirilən digər tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Siyəzən narkotik həbs

Mənbə: apa.az

Xəbər Lenti