Cümə, 31 İyul, 2026
Tarix: 28 May 2024 10:08
Məhəmməd Bağer Qalibaf yenidən İran parlamentinin sədri seçilib.
APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, 198 səs toplayan M. Qalibaf bir il müddətinə 12-ci parlamentin (İslam Şurası) sədri seçilib.
Parlament sədri vəzifəsinə digər namizədlər Müctəba Zülnuri və Mənuçöhr Mutaki müvafiq olaraq 60 səs və 5 səs toplayıb.
Mənbə: apa.az