Qəzzadakı partlayış nəticəsində 3 İsrail hərbçisi ölüb

Tarix: 29 May 2024 13:19

Qəzzanın cənubundakı Rəfah yaşayış məntəqəsində partlayış olub.

APA-nın “Haaretz” qəzetinin saytına istinadən xəbərinə görə, nəticədə 3 İsrail hərbçisi ölüb.

Ordu ölən hərbçilərin adlarını da açıqlayıb. Bildirilib ki, onlar İdo Appel, Amir Qalilov və Uri Bar Ordur.

Bununla da oktyabrın 7-dən indiyədək ölən İsrail hərbi qulluqçularının sayı 639 nəfərə çatıb.

Xəbər Lenti