Bazar, 25 Oktyabr, 2026
Tarix: 20 Aug 2026 09:27
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,9 dollar və ya 0,95% artaraq 95,48 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 94,58 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Emil İsmayılov Azərbaycan nefti Azeri LightMənbə: apa.az