Cümə axşamı, 20 Avqust, 2026
Tarix: 20 Aug 2026 10:18
Astarada bir nəfərin dənizdə batması barədə FHN-nin Cənub Regional Mərkəzinə məlumat daxil olub.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Xəzər dənizinin Astara şəhər ərazisində, nəzarət olunmayan hissədə baş verib.
Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlib.
Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub və axtarışlara başlanılıb.
Hazırda xilasedicilər 36 yaşlı Elmar Məmmədlinin axtarışlarını aparır.
Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.
***
19.08.2026, 21:58
Astara şəhərinin “Bulvar” ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub.
APA-nın cənub bürosu xəbər verir ki, Masallı rayonunun Kosagül kənd sakini olan şəxs dənizdə itkin düşüb. Hazırda onun axtarışları aparılır.
İlkin Rzayev Astara Xəzər dənizi axtarış-xilasetmə



Mənbə: apa.az