Cümə axşamı, 20 Avqust, 2026
Tarix: 20 Aug 2026 11:46
“PAŞA Sığorta” şirkəti 3 əmlak sığortası hadisəsi üzrə müştərilərinə ümumilikdə 51.259 manat məbləğində ödəniş edib. Hadisələrin birində güclü külək nəticəsində hündür mərtəbəli binanın döşəmədən tavana qədər olan böyük şüşəsi çatlamışdır. Baş vermiş hadisə nəticəsində 20.827 manatlıq zərər qarşılanıb. Digər hadisə isə dövlət müəssisəsinin bölgədə yerləşən ehtiyat mərkəzində yaşanıb. Həssas cihazın zədələnməsi 15.600 manat məbləğdə zərərə səbəb olub. Üçüncü hadisədə isə evdə baş vermiş yanğın nəticəsində yaranmış 14.832 manatlıq zərər də şirkət tərəfindən ödənilib.
Gördüyünüz kimi əmlaka qayğı yalnız texniki baxış və təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalıdır. Gözlənilməz hadisələrə qarşı əvvəlcədən maliyyə hazırlığı da vacibdir. Əmlakın sığortalanması belə hallarda yaranan böyük və planlaşdırılmamış xərclərin qarşılanmasına kömək edə bilər.
Evinizi və ya digər əmlakınızı sığortalamaq çox asandır. Sadəcə “PAŞA Sığorta”nın rəsmi VEB-SAYTINA və ya rəsmi Instagram səhifəsinə müraciət edin.
PAŞA Sığorta əmlak zərər ödənişMənbə: apa.az