Ukrayna Baş naziri: Rusiya Kiyevdə ərzaq anbarlarını hədəfə alıb

Ukrayna Baş naziri: Rusiya Kiyevdə ərzaq anbarlarını hədəfə alıb

Tarix: 20 Aug 2026 11:42

Rusiya ötən gecə Kiyevdə ərzaq anbarlarını hədəfə alıb.

“UNIAN”ın xəbərinə görə, bunu Ukraynanın Baş naziri Sergey Koretski deyib.

Onun sözlərinə görə, Borispol bölgəsində yerləşən ərzaq anbarları və Qızıl Xaç Komitəsinə məxsus obyektlər hədəfə alınıb.

Baş nazir bildirib ki, hazırda hücuma məruz qalan ərazilərdə Dövlət Fövqəladə Xidmətinin 462 əməkdaşı iş aparır.

Koretski Rusiyanın Kiyev və ətraf ərazilərə hücumunun 9 saata yaxın davam etdiyini bildirib.

Toğrul Quluzadə Rusiya Kiyevə hücum ərzaq anbarları Qırmızı Xaç Komitəsi

Mənbə: apa.az

Xəbər Lenti