Cümə axşamı, 20 Avqust, 2026
Tarix: 20 Aug 2026 13:22
Avropa İttifaqı Ukraynanın anti-ballistik qabiliyyətinin dəstəklənməsi üçün çalışır.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” hesabında bildirib.
O, Aİ üzv dövlətlərinin və tərəfdaş ölkələrin Ukraynanın Hava Hücumundan Müdafiə potensialının gücləndirilməsi üçün birgə işlədiyini deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Rusiyanın hücumlarından qorunması üçün “Patriot” və digər Hava Hücumundan Müdafiə sistemlərinə ehtiyacı olduğunu vurğulayıb.
Toğrul Quluzadə Avropa İttifaqı Ursula Fon der Lyayen Ukrayna hava hücumundan müdafiə sistemləriMənbə: apa.az