Paşinyan: Ermənistan ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır

Paşinyan: Ermənistan ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır

Tarix: 20 Aug 2026 14:15

Ermənistan hökuməti ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır.

"Armenpress"in xəbərinə görə, bunu hökumətin iclasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın İrana iqtisadi müharibə elan etməsi qərarının Ermənistan-İran münasibətlərinə necə təsir edəcəyinə dair jurnalistlərin sualına cavabında deyib.

“Təbii ki, ABŞ və İranla bağlı vəziyyətdən çox narahatıq və bu məsələdə həm ABŞ, həm də İranla çox sıx əməkdaşlıq edirik və arzumuz bu vəziyyətin mümkün qədər tez həll olunmasıdır”, - Paşinyan qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan

Mənbə: apa.az

Xəbər Lenti