“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir

Tarix: 20 Aug 2026 16:44

Unibank kreditlərin bir ünvanda birləşdirilməsi üzrə 7%-dək endirim kampaniyasını avqustun sonunadək uzadıb. Kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini “Unibank”da birləşdirərək daha sərfəli şərtlərlə- illik faiz dərəcəsinə 7 %-dək endirimli yeni nağd kredit əldə edə bilirlər. Bu imkan müştərilərə bir neçə kredit üzrə ayrı-ayrı ödəniş etmək əvəzinə, ayda yalnız bir dəfə ödəniş etməklə maliyyə planlamasını daha rahat qurmağa kömək edir.

İndi “Unibank”da nağd kredit şərtləri belədir:

Digər banklardakı kreditlərinizi gətirən zaman illik faiz dərəcəsinə 7 %-dək endirim; illik 9%-dən başlayan faizlə kredit; 70 000 AZN-dək məbləğ; zamin tələbi yoxdur; 60 ayadək ödəniş müddəti; sürətli və rahat rəsmiləşdirmə; müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək imkanı:

“Kredit” sözünü SMS ilə 8117-yə göndərərək; UBank mobil tətbiqindən; Bankın saytından onlayn müraciət etməklə: https://unbk.az/nagdkredit.

Unibank- Sənin Bankın!

Unibank endirim kredit kampaniya bank

Mənbə: apa.az

Xəbər Lenti