Cümə, 21 Avqust, 2026
Tarix: 20 Aug 2026 16:56
2026 – 2030-cu illər ərzində Azərbaycanda sağlamlıq turizminin inkişafı strategiyasının və fəaliyyət planının hazırlanması nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bu, Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Belə ki, bu istiqamətdə əsas icraçı qurum olan Səhiyyə Nazirliyi digər icraçı qurumlarla birlikdə (Dövlət Turizm Agentliyi, TƏBİB) sözügedən strategiyanı və fəaliyyət planını hazırlayacaq.
Daha sonra, strategiyanın və fəaliyyət planının razılaşdırılması və təsdiq edilməsi, yekunda da icrası planlaşdırılır.
İlahə Səlimova sağlamlıq turizmi inkişafı strategiyası fəaliyyət planıMənbə: apa.az