Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 28 May 2024 23:11
Rusiyanın “Pervıy” telekanalının Ermənistanda yayımı müvəqqəti olaraq dayandırılıb.
APA xəbər verir ki, bu barədə “Armenpress” agentliyinə Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan məlumat verib.
Onun sözlərinə görə, televiziya şirkəti müqavilə öhdəliklərini yerinə yetirməyib və 2,5 aydır ki, telekanalın borcları yığılıb.
Ayrapetyan vurğulayıb ki, yayım müvəqqəti olaraq - borc tam ödənilənə qədər dayandırılıb.