Çexiyanın Baş naziri: “İlk döyüş sursatları yaxın günlərdə Ukraynada olacaq”

Tarix: 29 May 2024 05:23

Ukrayna ordusuna sursat tapmaq məqsədilə Çexiya təşəbbüsü çərçivəsində toplanan ilk artilleriya mərmiləri yaxın vaxtlarda Ukraynada olacaq.

APA xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala Praqada Ukrayna müttəfiqlərinin qeyri-rəsmi görüşü zamanı deyib.

Onun sözlərinə görə, Aİ və NATO-nun 15 ölkəsi Ukraynanın müdafiə qabiliyyətinin yaxşılaşdırılması üçün artıq 1,6 milyard avrodan çox vəsait ayırıb.

Xəbər Lenti