Rusiya ordusu Krivoy Roqda böyük ticarət kompleksinə dron zərbəsi endirib: 2 nəfər ölüb, 50 yaralı var - FOTO

Rusiya ordusu Krivoy Roqda böyük ticarət kompleksinə dron zərbəsi endirib: 2 nəfər ölüb, 50 yaralı var - FOTO

Tarix: 21 Aug 2026 18:45

Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində böyük ticarət kompleksinə dron zərbəsi nəticəsində xəsarət alanların sayı artıb.

"Unian" xəbər verir ki, hadisə nəticəsində yaralıların sayı 50-yə çatıb.

Xəsarət alanlardan 6 nəfərinin uşaq olduğu bildirilir.

***

18:27

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərində böyük ticarət kompleksinə dron zərbəsi endirib.

“Ukraynskaya Pravda”nın xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Mərkəzdəki mağazalarda yanğın baş verdiyi qeyd olunub.

Ölü və yaralı sayının artacağı istisna edilmir.

Toğrul Quluzadə Rusiya dron hücumu Krivoy Roq ticarət mərkəzi

Mənbə: apa.az

Xəbər Lenti