Rusiya ordusu Krivoy Roqa dron zərbəsi endirib: 6 nəfər ölüb, 91 yaralı var - FOTO - YENİLƏNİB-2

Rusiya ordusu Krivoy Roqa dron zərbəsi endirib: 6 nəfər ölüb, 91 yaralı var - FOTO - YENİLƏNİB-2

Tarix: 21 Aug 2026 19:38

Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində ticarət kompleksinə dron zərbəsi nəticəsində ölənlərin sayı artıb.

Ukrayna mediasının xəbərinə görə, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.

***

19:22

Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində böyük ticarət kompleksinə dron zərbəsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.

Ukrayna mediasının xəbərinə görə, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Məlumata görə, Rusiyanın hücumu nəticəsində yaralananların sayı isə 91 nəfərdir, onlardan 21-nin vəziyyəti ağırdır.

***

18:45

Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində böyük ticarət kompleksinə dron zərbəsi nəticəsində xəsarət alanların sayı artıb.

"Unian" xəbər verir ki, hadisə nəticəsində yaralıların sayı 50-yə çatıb.

Xəsarət alanlardan 6 nəfərinin uşaq olduğu bildirilir.

***

18:27

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərində böyük ticarət kompleksinə dron zərbəsi endirib.

“Ukraynskaya Pravda”nın xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Mərkəzdəki mağazalarda yanğın baş verdiyi qeyd olunub.

Ölü və yaralı sayının artacağı istisna edilmir.

Toğrul Quluzadə Rusiya dron hücumu Krivoy Roq ticarət mərkəzi
Rusiya ordusu Krivoy Roqa dron zərbəsi endirib: 6 nəfər ölüb, 91 yaralı var - FOTO - YENİLƏNİB-2

Mənbə: apa.az

Xəbər Lenti