Şənbə, 22 Avqust, 2026
Tarix: 21 Aug 2026 21:03
“ABŞ-ın ən sarsıdıcı iqtisadi əməliyyatı da məğlubiyyətə məhkumdur”
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediləcəyi ilə bağlı təhdidlərinə cavabında bildirib.
“14 il əvvəl: Tarixin ən iflicedici sanksiyaları. Uğursuz oldu. 8 il əvvəl: Maksimum təzyiq. Uğursuz oldu. 5 ay əvvəl: Qeyd-şərtsiz təslim. Uğursuz oldu. Bu gün; Tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı. Bu da məğlubiyyətə məhkumdur”, - Əraqçi bildirib.
Haşim Rahimi İran ABŞ Əraqçi TrampMənbə: apa.az