Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Tarix: 22 Aug 2026 09:11

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 2,39% artaraq 4 680,6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 2,13% artaraq 70,35 dollar təşkil edib.

Emil İsmayılov COMEX qızıl gümüş

Mənbə: apa.az

Xəbər Lenti