Türkiyədə helikopterin qəzaya uğraması ilə bağlı yayılan xəbər təsdiqlənməyib - YENİLƏNİB

Türkiyədə helikopterin qəzaya uğraması ilə bağlı yayılan xəbər təsdiqlənməyib - YENİLƏNİB

Tarix: 22 Aug 2026 18:15

Giresunda yüksək gərginlik xətləri ilə bağlı iş aparan helikopterin qəzaya uğraması barədə yayılan xəbər təsdiqlənməyib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Giresun valisi Mustafa Koç bildirib ki, bölgədə aparılan araşdırmalar zamanı hansısa hava vasitəsinə rast gəlinməyib.

***

15:24

Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlik xətləri ilə bağlı iş aparan helikopter qəzaya uğrayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Helikopterin qəzaya uğrama səbəbi hələlik məlum deyil.

Dəryanur Cəfərova Türkiyə helikopter qəza

Mənbə: apa.az

Xəbər Lenti