Bazar, 23 Avqust, 2026
Tarix: 23 Aug 2026 01:05
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə regiondakı son hadisələri və Yaxın Şərqdə sülh və sabitliyin gücləndirilməsi yollarını müzakirə edib.
APA-nın Tehran bürosu xəbər verir ki, telefon danışığı zamanı tərəflər regionda mövcud vəziyyətin müxtəlif aspektləri, təhlükəsizlik məsələləri və gərginliyin azaldılması üçün mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Əraqçi həmçinin Misirin xarici işlər naziri Bədr Əbdülati ilə telefon danışığı keçirib. Söhbət zamanı regiondakı son hadisələr, o cümlədən Fars körfəzi və Qırmızı dənizdəki vəziyyət, həmçinin gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylər müzakirə olunub.
İran Pakistan diplomatiya
Mənbə: apa.az