Bazar, 23 Avqust, 2026
Tarix: 23 Aug 2026 00:53
İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı, 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlu ölüb.
Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılan quyular yaxınlıqda yerləşən heyvandarlıq təsərrüfatına aid olub. Hadisədən sonra uşaqların meyitləri quyudan çıxarılaraq İsmayıllı morquna təhvil verilib. Meyitlərə müvafiq baxış keçirildikdən sonra ailələrinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
*** 21:53 İsmayıllı rayonunda bacı-qardaş göldə batıb, onlardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam etdirilir.
Bu barədə APA-nın Şirvan bürosu məlumat yayıb.
İlkin məlumata görə, hadisə uşaqların ehtiyatsızlığı nəticəsində baş verib. Bildirilir ki, göldən təsərrüfat məqsədləri üçün istifadə olunur.
İlham Əhmədov İsmayıllı bədbəxt hadisə göldə batma
Mənbə: apa.az