Bazar, 23 Avqust, 2026
Tarix: 23 Aug 2026 01:51
İran ABŞ-ın sanksiyalarına qoşulacaq region ölkələrinin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb.
Bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayi dövlət televiziyasına açıqlamasında bildirib.
Rzayi region ölkələrini ABŞ-ın İrana qarşı iqtisadi müharibəsinə qoşulmamağa çağırıb. O bildirib ki, əks halda İran həmin ölkələri düşmən hesab edəcək və yalnız Hörmüz boğazından keçən neft tankerlərini deyil, Fars körfəzi ölkələrindən neftin daşındığı digər marşrutları da hədəfə ala bilər.
Rzayi qeyd edib ki, İran müharibəni genişləndirmək niyyətində deyil, lakin qonşu ölkələrin ABŞ-ın iqtisadi təzyiqlərini dəstəkləməsi halında Tehran onların maraqlarına zərər vuracaq.
İran Hörmüz boğazı neft ixracı
Mənbə: apa.az