Göyçayda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb

Göyçayda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb

Tarix: 23 Aug 2026 09:40

Göyçayda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Yaralılar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov Göyçay qəza

Mənbə: apa.az

Xəbər Lenti